Saatlıda kitab bayramı

 

   Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş V kitab bayramı keçirilib.

  

    Tədbirdə rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Şərqiyyə Şahpələngova, MKS-nin direktoru Sakit Bağırov, mədəniyyət işçisi Mehdi Mehdizadə, tanınmış ziyalı Qənbər Əhmədli digər çıxış edənlər cəmiyyətin həyatında kitab kitabxanaların yeri, ulu öndər Heydər Əliyevin mədəniyyət incəsənətə göstərdiyi diqqət qayğı barədə danışıblar. Yazarlar Aynur Qarayeva, Qalib Bayram, filologiya üzrə fəlsəfə doktoru Şöhrət Qaraoğlu insan şəxsiyyətinin formalaşmasında kitabın rolundan bəhs edib, yazdıqları şeir nümunələrini səsləndiriblər.

   Daha sonra Azərbaycan Prezidentinin sərəncamı ilə çap olunaraq ölkə kitabxanalarına hədiyyə edilmiş dünya Azərbaycan ədəbiyyatı nümunələrinin, tibb, fəlsəfə, hüquq, tarix, uşaq ədəbiyyatı, eyni zamanda Saatlı rayonundan olan yazıçı şairlərin əsərlərinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.

   Mərasimdə rayonun Varxankənd Səməd Vurğun adına orta məktəbinin şagirdləri şeirlər söyləyiblər. Şirinbəy kənd mədəniyyət evininKarvanfolklor rəqs qrupu şux nömrələri ilə tədbirə rəng qatıb.

  

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 15.